Əsas məzmuna keç
10 Oktyabr 2026, Şənbə ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

“Yeni dünya nizamı yalnız böyük güclərin mübarizəsi deyil”

YENİGÜN.MEDİAREKLAM728 × 90

Milli Məclisin deputatı Vüqar İskəndərov beynəlxalq sistemdə gedən dəyişikliklər və BMT Təhlükəsizlik Şurasının gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Yenigun.Media xəbər verir ki, deputat Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Təhlükəsizlik Şurasının strukturu və veto sisteminin dəyişdirilməsi ilə bağlı mövqeyinə diqqət çəkib.

İskəndərovun sözlərinə görə, orta və yüksələn güclər beynəlxalq qərarvermə prosesində daha çox söz sahibi olmaq istəyirlər.

Deputat bildirib ki, Rusiya Təhlükəsizlik Şurasının genişləndirilməsini mümkün saysa da, veto hüququnun saxlanmasının tərəfdarıdır.

“Yeni dünya nizamı yalnız böyük güclərin mübarizəsi deyil – orta dövlətlərin daha çox söz haqqı tələb etməsidir”, – deyə Vüqar İskəndərov vurğulayıb.

Onun fikrincə, çoxqütblü beynəlxalq sistem Azərbaycanın da diplomatik manevr imkanlarının genişlənməsi baxımından əhəmiyyət daşıya bilər.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600