Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
Yenigun.Media xəbər verir ki, Xalq artisti Aleksandr Şarovski vəfat edib. Mədəniyyət Nazirliyi onun vəfatı ilə bağlı nekroloq yayıb. Birinci vitse-prezident Mehriban Əliyeva da sənətçinin vəfatı ilə bağlı paylaşım edib.
Şarovski Azərbaycan teatr və kino sənətində özünəməxsus yaradıcılıq yolu ilə seçilən sənətkarlardan biri idi.

