Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Xankəndidə rəqəmsal texnologiyalarla bağlı mühüm müzakirə keçirildi

Xankəndidə rəqəmsal texnologiyaların bazarda rəqabətə təsiri və antiinhisar nəzarətinin gücləndirilməsi müzakirə olunub.

Yenigun.Media xəbər verir ki, Report.az-ın 29 oktyabr tarixli məlumatına əsasən, MDB üzv dövlətlərinin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının qanunvericiliyin pozulmasının birgə araşdırılması üzrə qərargahının 47-ci iclası Xankəndidə keçirilib. 

İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Müzakirələrdə rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri, maliyyə, səhiyyə, peyk rabitəsi və birja ticarəti sahələrində antiinhisar nəzarətinin gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.

İştirakçılar həmçinin birgə araşdırmaların aparılması və dövlətlərarası əməkdaşlığın inkişafı üzrə növbəti addımları müzakirə ediblər.