Əsas məzmuna keç
17 Avqust 2026, Bazar ertəsi Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Dünya

Zəlzələdən 27 il sonra suyun altındakı şəhər yenidən görüntüləndi – İnanılmaz mənzərə!

YENİGÜN.MEDİAREKLAM728 × 90

1999-cu il 17 avqust Marmara zəlzələsinin 27-ci ildönümündə Türkiyənin Kocaeli vilayətinin Gölcük rayonunda su altında qalan ərazilər yenidən görüntülənib.

Yenigun.media-nın məlumatın görə, Gölcükün Değirmendere bölgəsində zəlzələ zamanı su altında qalan otel, bərə körpüsü, çay bağı və bəzi evlərin qalıqları dalğıclar tərəfindən lentə alınıb.

Zəlzələdən sonra yaranan batıq ərazi hazırda dalğıc məkanı kimi istifadə olunur. Sahildən təxminən 180 metr aralıda, 18-55 metr dərinlikdə yerləşən ərazidə zəlzələnin izləri hələ də qorunub saxlanılır.

Kocaeli Böyükşəhər Bələdiyyəsinin dalğıcları və Değirmendere Sualtı Birliyinin (DESSAT) üzvləri ərazidə dalış edərək suyun altında qalan tikililərin və müxtəlif əşyaların qalıqlarını görüntüləyiblər.

Görüntülərdə zəlzələ zamanı kökündən qopan ağaclar, çay bağına aid çətirlər, küçə lampaları və səyyar satıcı köşklərinin qalıqları da əks olunub.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600
YENİGÜN.MEDİAREKLAM970 × 90