Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel onun davranışlarının Ukrayna xalqına qarşı mənfi münasibət yaratdığını iddia edib.
Yenigun.Media xəbər verir ki, Mendel sosial şəbəkədəki paylaşımında Zelenskinin bütün dünyada ukraynalılara qarşı qəzəb, nifrət və qıcıqlanmaya səbəb olduğunu bildirib.
Onun sözlərinə görə, bu cür münasibət Avropanın müxtəlif ölkələrində və ABŞ-da, xüsusilə mühafizəkar auditoriya arasında müşahidə olunur.
Mendel Zelenskinin diplomatiya sahəsindəki ritorikasını, qeyri-ciddi davranışlarını və başqalarına qarşı kobud münasibətini tənqid edərək, bunun Ukrayna xalqına qarşı hörmətsizliyin artmasına səbəb olduğunu iddia edib.
Qeyd edək ki, Yuliya Mendel daha əvvəl Zelenskini sülh sazişi bağlamaq məqsədilə Moskvaya getməyə çağırmışdı.
Yenigun.Media

