Əsas məzmuna keç
09 Oktyabr 2026, Cümə ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

15 İL KEÇDİ, İKİ ÖVLADIN XATİRƏSİ UNUDULMADI – ƏHMƏD VƏ RÜFƏTİN AĞIR İTKİSİ

YENİGÜN.MEDİAREKLAM728 × 90

2011-ci il oktyabrın 7-də Qobu qəsəbəsində baş verən faciədən 15 il ötür

Bəzi tarixlər var ki, illər keçsə də yaddaşlardan silinmir. Bəzi itkilər isə zamanın belə sağalda bilmədiyi yaraya çevrilir.

Bu gün Ekologiya.az-ın rəhbəri Vasif Turanın ailəsinin yaşadığı ağır faciədən – iki azyaşlı övladının faciəli ölümündən 15 il ötür.

Ağır hadisə 2011-ci il oktyabrın 7-də Abşeron rayonunun Qobu qəsəbəsində ailənin yaşadığı evdə baş verən yanğın zamanı qeydə alınıb. Faciə nəticəsində Vasif Turanın iki azyaşlı övladı – Əhməd və Rüfət həyatını itirib.

İki övladın eyni faciədə itirilməsi bir ailənin həyatında heç vaxt unudulmayacaq dərin iz buraxdı. O gündən 15 il keçsə də, Əhməd və Rüfətin xatirəsi ailəsi və onları tanıyanlar üçün yaşayır.

ZAMAN KEÇİR, XATİRƏ QALIR

15 il böyük zaman kəsiyidir. Bu müddətdə çox şey dəyişir, insanlar böyüyür, həyat öz axarı ilə davam edir. Lakin övlad itkisi yaşayan valideyn üçün zamanın keçməsi həmin ağrını yox etmir.

Əhməd və Rüfətin həyatı çox erkən yarımçıq qaldı. Onların xatirəsi isə illərdir ailənin yaddaşında yaşayır.

Yenigun.Media olaraq bu ağır faciənin ildönümündə iki azyaşlı övladın – Əhməd və Rüfətin əziz xatirəsini dərin ehtiramla yad edir, həmkarımız Vasif Turan başsağlığı verir, Allahdan səbr diləyirik.

Allah hər iki övladımıza rəhmət eləsin. məkanları cənnət olsun.

Onların xatirəsi daim əziz tutulacaq və unudulmayacaq.

Aqil Adiloğlu

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600