Milli Məclisin deputatı Əziz Ələkbərli seçicilərlə növbəti görüş keçirib.
Yenigun.Media xəbər verir ki, qəbul zamanı seçicilərin müraciətləri, onları narahat edən məsələlər və təklifləri dinlənilib.
Deputat bildirib ki, seçicilərin qaldırdığı məsələləri daim diqqət mərkəzində saxlayır, onların araşdırılmasına və haqlı tələblərinin həlli istiqamətində müvafiq addımların atılmasına çalışır.
Əziz Ələkbərli görüşün hər iki tərəf üçün səmərəli olduğunu qeyd edib.


