Ucuz raketlər və bahalı müdafiə sistemləri yeni hərbi model yaradır
Yenigun.Media xəbər verir ki, Vüqar İskəndərov müasir müharibələrdə iqtisadi faktorun getdikcə daha böyük rol oynadığını vurğulayıb.
Deputat qeyd edib ki, nisbətən ucuz hücum vasitələrinin bahalı müdafiə sistemlərinə qarşı istifadəsi hərbi strategiyalarda yeni yanaşmalar formalaşdırır.
Onun sözlərinə görə, gələcəkdə yalnız silahların texniki üstünlüyü deyil, həm də hücum və müdafiənin iqtisadi dəyəri həlledici amillərdən biri olacaq.

