“Azərbaycanı yan keçmək getdikcə çətinləşir”
Yenigun.Media xəbər verir ki, deputat Vüqar İskəndərov beynəlxalq təhlillərdə Azərbaycanın enerji və logistika mərkəzi kimi rolunun daha çox vurğulandığını bildirib.
Onun sözlərinə görə, enerji layihələri, Orta Dəhliz, Türkiyə ilə əməkdaşlıq, Mərkəzi Asiya bağlantıları və Naxçıvan istiqamətində formalaşan yeni marşrutlar Azərbaycanın geosiyasi əhəmiyyətini artırır.
Deputat hesab edir ki, Azərbaycanın məqsədi yalnız tranzit yük həcmini artırmaq deyil, ölkəni regional əlaqələr sistemində mühüm və əvəzolunmaz halqaya çevirməkdir.

