Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Binəqədidə qanunsuz tikinti narazılıq yaratdı – Video

Binəqədi rayonunda qanunsuz olduğu iddia edilən tikili narazılıq yaradıb.

Yenigun.Media xəbər verir ki, bu barədə sakinlər məlumat verib. Onlar bildirib ki, tikinti Ekologiya postuna yaxın ərazidə aparılır.

Sakinlər bildirib ki, tikinti aparılan ərazi hasarlansa da heç bir məlumat lövhəsi vurulmayıb. Ərazidə hansı işlər aparıldığı, nə tikildiyi məlum deyil.

Sakinlər tikintiylə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə və şəxsən icra başçısı Elxan Allahverdiyevə müraciət ediblər.

Lakin sakinlərin müraciətinə hələlik heç bir cavab verilməyib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.