Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək – Agentlik direktoru

20 min tamştatlı müəllim kontingenti yaradılacaq və onlar sertifikasiya imtahanından azad ediləcək.

Yenigun.Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İTV-nin “Pressinq” verilişində jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu prosesə 2027-ci ildən başlanılacaq.

Eşqi Bağırov qeyd edib ki, həmin müəllimlərin seçimi müəyyən meyarlar üzrə aparılacaq:

“İlk olaraq sertifikasiya imtahanlarında ən yüksək nəticə göstərmiş və bu işdə işləmək istəyən müəllimlərin seçimi nəzərdə tutulur”, – o, bildirib.