Əsas məzmuna keç
01 Oktyabr 2026, Cümə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

20 Sentyabr: Suverenliyin bərpası günü

YENİGÜN.MEDİAREKLAM728 × 90

Hər dövlətin tarixində elə günlər olur ki, onlar bir dövrün sonunu və yeni mərhələnin başlanğıcını bildirir. Azərbaycan üçün sentyabrın 20-si belə tarixlərdəndir. Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da imzaladığı Sərəncamla bu günü hər il Dövlət Suverenliyi Günü kimi qeyd edilir.

Yolun başlanğıcına nəzər salsaq görərik ki, suverenlik yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərə malik olmaq deməkdir. Onun tam mənası dövlət hakimiyyətinin və Konstitusiyanın ölkənin hər yerində eyni qüvvə ilə işləməsindədir. 1990-cı illərin əvvəllərindən Ermənistan hərbi güc işlədərək Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal altında saxladı. Uzun illər davam edən danışıqlar nəticə vermədi. Bütün bu proseslər nəticəsində tariximizin dönüş nöqtələri yarandı. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi bu prosesdə dönüş nöqtəsi oldu və ərazilərin böyük hissəsi işğaldan azad edildi. Lakin Qarabağın bir hissəsində qanunsuz silahlı birləşmələr və paralel idarəetmə strukturu qalmaqda idi. Bu, Azərbaycan üçün həm təhlükəsizlik, həm də suverenlik məsələsi idi.
2023-cü il sentyabrın 19-da başlayan antiterror əməliyyatı cəmi 23 saat davam etdi və sentyabrın 20-də başa çatdı. Həmin gün Prezident xalqa müraciət edərək suverenliyin bərpa olunduğunu bəyan etdi. Bununla ölkənin bütün ərazisində Konstitusiya quruluşu yenidən tətbiq olundu. Bu Azərbaycan xalqı üçün böyük bir qələbə idi.
2023-cü il oktyabrın 15-də Cənab Prezident Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azərbaycan bayrağını qaldırdı. Sonrakı illərdə Xankəndidə hərbi parad, futbol görüşü və prezident seçkisi keçirildi. Bunlar suverenliyin yalnız bəyan edilmədiyini, gündəlik dövlət həyatında da təsdiqləndiyini göstərdi. Bu gün həmin şəhərlərdə dövlət qurumları fəaliyyət göstərir, böyük sürətlə bərpa və quruculuq işləri aparılır.
Konstitusiya və Suverenlik məsələsinə gəlincə isə, bu tarixin təsis edilməsi ayrıca bir hadisə deyildi. 2025-ci il Prezidentin Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan olundu. Bu qərarlar suverenliyin hüquqi əsaslarla möhkəmləndirilməsi yanaşmasını əks etdirir. Konstitusiya 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul olunub və dövlətin bütün ərazidə hakimiyyətinin hüquqi bünövrəsini təşkil edir.
Sentyabrın 20-si həm tarixi yaddaşın, həm də gələcək məsuliyyətin günüdür. Bu gün suverenliyin bərpası ilə yanaşı, onun qorunması və hüquqi, iqtisadi, sosial cəhətdən möhkəmləndirilməsi vəzifəsini də xatırladır.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600