Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Suraxanıda qanunsuz tikintilər artır? – VİDEO

Suraxanı rayonunda qanunsuz tikintilərlə bağlı iddialar yenidən gündəmə gəlib.

Yenigun.Media-nın məlumatına görə, rayon ərazisində qanunsuz aparıldığı bildirilən tikinti işlərini əks etdirən görüntülər yayılıb. Video material Bizimxəbər.tv səhifəsində paylaşılıb.

Görüntülərdə ərazidə tikinti işlərinin aparıldığı müşahidə olunur. Tikintinin hansı əsaslarla həyata keçirildiyi, müvafiq icazələrin olub-olmaması və qanunvericiliyin tələblərinə riayət edilib-edilmədiyi ilə bağlı isə hələlik rəsmi açıqlama yoxdur.

Əlavə olaraq qeyd edək ki, bir müddət öncə Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə töhmət verildiyi bildirilib. Məlumata görə, töhmətin səbəbi rayon ərazisində qanunsuz tikintilərin sayının artması olub.

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Yenigun.Media