Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Qax Rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları məktəblilərlə maarifləndirici görüş keçirib – VİDEO

“Diqqət, uşaqlar!” aylığı çərçivəsində Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları məktəblilərlə maarifləndirici görüş keçiriblər.

Yenigun.Media xəbər verir ki, görüş zamanı şagirdlərlə yol hərəkəti qaydaları, piyada kimi təhlükəsiz davranış vərdişləri və svetoforun işarələri barədə söhbət aparılıb.

Qeyd edilib ki, belə görüşlərin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin minimuma endirilməsidir.
Sonda şagirdlərə yol nişanları barədə məlumatı özündə əks etdirən kitabçalar paylanılıb və onları maraqlandıran suallar cavablandırılıb.