Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Vüqar Bayramov şəhid Namiq Məmmədovun ailəsinə başsağlığı verib 

Milli Məclisin deputatı Vüqar Bayramov Füzuli rayonunun Horadiz şəhərində Qarabağ müharibəsi şəhidi Namiq Məmmədovun atası Ramil Məmmədovun yas mərasimində iştirak edib.

Yenigun.Media xəbər verir ki, deputat şəhidin ailə üzvləri ilə görüşərək mərhumun doğmalarına başsağlığı verib, Allahdan onlara səbir diləyib.

Görüş zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin qəhrəmanlığı, qazilərin şücaəti və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan Zəfər barədə geniş söhbət aparılıb.

Qeyd edək ki, Məmmədov Namiq Ramil oğlu 21 oktyabr 1968-ci ildə Horadiz qəsəbəsində anadan olub. O, 1974–1984-cü illərdə Horadiz qəsəbəsi 1 saylı tam orta məktəbində təhsil alıb. Təhsilini başa vurduqdan sonra 1984–1986-cı illərdə hərbi xidmət keçib.

Namiq Məmmədov 1990-cı ildə könüllü olaraq hərbi xidmətə yollanıb və bir sıra döyüş əməliyyatlarında iştirak edib. O, 16 aprel 1994-cü ildə Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhid Namiq Məmmədov Beyləqan rayon qəbiristanlığında dəfn edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!