Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Fariz İsmayılzadə: “Yeni saziş Azərbaycanın enerji siyasətini daha da gücləndirəcək” – VİDEO

Milli Məclisin deputatı Fariz İsmayılzadə plenar iclasda çıxışı zamanı Azərbaycanla Kanada arasında imzalanan yeni sazişə münasibət bildirib.

Yenigun.Media xəbər verir ki, deputat qeyd edib ki, qanun layihəsi Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsində ətraflı müzakirə olunub.

Fariz İsmayılzadənin sözlərinə görə, komitə üzvləri sazişə müsbət yanaşıb və onun Azərbaycanın neft-qaz sektorunun inkişafındakı rolunu vurğulayıblar.

Deputat xüsusilə sazişin regionların iqtisadi inkişafına, yeni investisiyaların cəlb edilməsinə, iş yerlərinin açılmasına və Kanada ilə texnoloji sahədə təcrübə mübadiləsinin genişlənməsinə töhfə verəcəyini qeyd edib.

“Bütövlükdə bu saziş Azərbaycanın enerji siyasətini daha da gücləndirəcək, xarici siyasətimizdə yeni dividendlər verəcək”, – deyə Fariz İsmayılzadə bildirib.

Deputat qanun layihəsinin plenar iclasda səsə qoyulmasını tövsiyə edib.