Əsas məzmuna keç
08 Oktyabr 2026, Cümə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

Rövşən Muradov Laçınlı seçicilərlə görüş keçirib – FOTO

YENİGÜN.MEDİAREKLAM728 × 90

6 oktyabr 2026-cı il tarixində Laçın rayonundan Milli Məclisin deputatı Rövşən Muradov Ağcabədi rayonunda növbəti vətəndaş qəbulunu keçirib.

Yenigun.Media xəbər verir ki, qəbul zamanı Laçın rayonundan olan seçicilərin müraciətləri, gündəlik qarşılaşdıqları problemlər, təklif və xahişləri dinlənilib.

Vətəndaşlar tərəfindən səsləndirilən məsələlər qeydə alınaraq qanunvericiliyin tələblərinə uyğun şəkildə və aidiyyəti üzrə baxılması üçün müvafiq qurumlara yönləndirilməsi nəzərdə tutulub.

Deputat görüş zamanı seçiciləri maraqlandıran məsələlərlə bağlı fikir və təkliflərini dinləyib, müraciətlərin həlli istiqamətində mümkün dəstəyin göstəriləcəyini bildirib.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600