Bankların kredit verməsi ilə bağlı sığorta şirkətləri müəyyən qaydalar hazırlayırlar.
Mərkəzi Bank kreditlərlə bağlı mühüm qərarını şərh etdi – Noyabrın 9-dan qüvvəyə minəcək
Yenigun.Media biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə 2026-cı ilin birinci yarısının yekunlarına həsr olunmuş “Maliyyə sabitliyi hesabatı”nın təqdimatına dair mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, bu qaydalar ilin sonuna qədər hazır olacaq:
“Bu qaydalara görə, banklar kredit götürən şəxslərə işsizlikdən sığorta məhsulunu məcburi şəkildə təklif etməli olacaq. Düzdür, müştəri seçim etməkdə sərbəstdir, amma bankalar məcburi şəkildə təklif edəcək. Bu qaydalarda bir çox nüanslar nəzərə alınıb, işçinin könüllü çıxması, toplu ixtisarlar və. Bu, istehlak kreditinin riskinin azaldılmasına xidmət edən alətdir”.

