Əsas məzmuna keç
15 Oktyabr 2026, Cümə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub

YENİGÜN.MEDİAREKLAM728 × 90

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Yenigun.Media apa-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Saleh Səmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı Saleh Səmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə ittiham olunur. O, ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600