Əsas məzmuna keç
16 Oktyabr 2026, Cümə ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

SON DƏQİQƏ:DSX-nin gənc əsgəri vəfat etdi – YENİLƏNİB – FOTO

YENİGÜN.MEDİAREKLAM728 × 90

Şəmkirdəki “N” saylı hərbi hissədə həlak olan əsgər Orxan Şabanov ailənin tək övladı imiş.

Yenigun.Media xəbər verir ki, Orxan 1 il 3 ayın əsgəri olub və hərbi xidməti başa vurmasına 3 ay qalıbmış.

O bu ayın əvvəlində nümunəvi əsgər kimi hərbi hissə komandiri tərəfindən məzuniyyətə göndərilibmiş.

Məzuniyyəti başa çatan Orxan yenidən hərbi hissəyə qayıdıb və xidmətini davam etdirməyə başlayıb. Oktyabrın 13-də Orxan hərbi hissədə aldığı güllə yarasından dünyasını dəyişib.

Məlumata görə, Orxan uşaq olanda atası ilə anası ayrılıblar və o, anasının himayəsində böyüyübmüş. (Oxu.az)

*** 16:38

Azərbaycanda gənc əsgər vəfat edib.

Yenigun.Media xəbər verir ki, bu barədə Oxu.Az-a məlumat daxil olub.

Məlumata görə, gənc əsgər Orxan Şabanov Dövlət Sərhəd Xidmətindəki hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib.

O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600