Əsas məzmuna keç
22 Oktyabr 2026, Cümə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Xəzərdə qayıq aşdı: iki nəfər itkin düşdü

Xəzər dənizi akvatoriyasında içərisində insanların olduğu qayıq aşıb.

Yenigun.Media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Qurumun məlumatına əsasən, hadisə oktyabrın 20-də Sulak qəsəbəsində, eyniadlı çayın mənsəbindən cənub-şərqdə qeydə alınıb. İlkin ehtimallara görə, iki nəfər itkin düşüb. Xəbərdə bildirilir ki, hazırda hadisə yerində axtarış-xilasetmə tədbirləri həyata keçirilir. Əməliyyatlara nazirliyin 28 əməkdaşı və 12 xüsusi texnikası cəlb olunub. Hadisənin bütün təfərrüatları araşdırılır.