Fransa, ölkədə yaşayış xərclərinin artmasının səbəb olduğu kütləvi etirazlardan sonra enerji daşıyıcılarının qiymətlərini aşağı salmaq məqsədilə qış dövrü üçün Qətərdən qaz tədarükünü təmin edib.
Yenigun.Media xəbər verir ki, bu barədə “Gulf Times” portalı Fransa Prezidenti Emmanuel Makronun Dohadakı bəyanatına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, tədarük ayda saatda 2 TVt ekvivalentində hesablanacaq.
“Qış dövründə biz ayda saatda iki teravatt ekvivalent həcmdə mayeləşdirilmiş təbii qaz tədarükünü təmin etdik, bu da bizə irəliləməyə imkan verəcək”, – o bildirib.

