“Su-30SM” hərbi təyyarəsi Kalininqrad vilayətində qəzaya uğrayıb.
Yenigun.Media bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Hadisə Çernyaxovsk rayonunda, Timofeyevka və Zelyonıy Bor yaşayış məntəqələri arasında baş verib.
İlkin məlumatlara görə, hər iki pilot katapult edib, lakin xəsarət alıblar.
Bildirilib ki, onlar, xəstəxanaya yerləşdiriliblər.

