Fransanın Mört-və-Mozel departamentinin ərazisində ötən gün qəzaya uğrayan “Mirage 2000D” hərbi təyyarəsinin ekipaj üzvlərindən birinin meyiti bu gün tapılıb, digərinin axtarışları davam etdirilir.
Yenigun.Media bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, axtarışlara xilasedicilər, xüsusi hazırlıqlı hərbçilər, jandarmlar, eləcə də helikopter cəlb olunub.
Təyyarənin qalıqları dron vasitəsilə aşkarlanıb.

