Bakcell abunəçisi Aydan Məmmədzadə balansına pul yükləməsinə baxmayaraq mobil xəttinin bağlı qalmasından şikayətlənib.
Yenigun.Media xəbər verir ki, şikayətçi problemini “Müştəriyəm, şikayətim var” səhifəsində paylaşaraq operatorla əlaqə saxlamaqda da çətinlik çəkdiyini bildirib.
Aydan Məmmədzadənin sözlərinə görə, o, əvvəlcə balansına 4 manat yükləyib. Lakin vəsaitin hara xərcləndiyini anlamadan xəttinin bağlandığını görüb. Daha sonra əlavə 4 manat yükləsə də, balansında 3,84 manat qaldığı halda mobil xətti yenə də aktivləşməyib.
Şikayətçi internetdən istifadə etmədiyini də vurğulayaraq, xəttin açıq qalması üçün aylıq nə qədər ödəniş etməli olduğunu soruşub.
“1 ay ərzində xəttin açıq qalmağı üçün nə qədər ödəniş etməliyəm? 3,99 manat, yoxsa 8 manatdan çox?” – deyə o bildirib.
Abunəçi yaranmış problemlə bağlı Bakcell-dən aydınlıq gətirilməsini gözləyir.
Yenigun.Media məsələ ilə bağlı Bakcell-in mövqeyini dərc etməyə hazırdır.
Yenigun.Media



