ABŞ Prezidenti Donald Tramp Missisipi ştatında tərəfdarları qarşısında çıxışı zamanı səsinin xeyli xırıltılı olması ilə diqqət çəkib.
Yenigun.Media xəbər verir ki, respublikaçılara dəstək məqsədilə keçirilən mitinqdə Tramp səsinin əvvəlkindən daha zəif eşidilməsinə baxmayaraq, çıxışını davam etdirib.
“Heç kim mənim kimi ara seçkilər üçün kampaniya aparmayıb”, – deyə Tramp bildirib.
ABŞ lideri daha əvvəl mitinqlərdə uzun müddət çıxış etməyin səs tellərinə yük yaratdığını söyləyib. O, hətta zarafatla özünə robot dublyor lazım ola biləcəyini də qeyd edib.
Qeyd edək ki, Tramp daha əvvəl ABŞ-ın keçmiş prezidenti Barak Obamanın Ağ Evin təmirini restoranla müqayisə etməsini onun siyasi səviyyəsinin göstəricisi kimi qiymətləndirmişdi.

