ABŞ Prezidenti Donald Tramp keçmiş prezident Barak Obamanın Ağ Evdə aparılan təmir işlərini tənqid etməsinə münasibət bildirib.
Yenigun.Media xəbər verir ki, Tramp Obamanın Ağ Evin təmirini “Cheesecake Factory” restoranı ilə müqayisə etməsini onun siyasi səviyyəsinin göstəricisi adlandırıb.
“Əgər o, bunun ‘Cheesecake Factory’ olduğunu deyibsə, bu, onun nə qədər bərbad prezident olduğunu göstərir”, – deyə Tramp bildirib.
ABŞ liderinin sözlərinə görə, Ağ Ev ölkənin simvoludur və təmiz saxlanılmalıdır. O, binanın zədələnmiş elementlərinin qəbuledilməz olduğunu vurğulayıb.
Qeyd edək ki, “The Washington Post” qəzeti daha əvvəl Tramp administrasiyasının Ağ Evin ərazisindəki tikinti layihələrinə ən azı 900 milyon dollar xərcləməyi planlaşdırdığını yazıb. Nəşrin məlumatına görə, layihələrin maliyyələşdirilməsi üçün vergi ödəyicilərinin vəsaitindən istifadə nəzərdə tutulur.

