2027-ci ilin ən az iş günü olan ayı yanvar olacaq. Həmin ay Rusiyada cəmi 15 iş günü nəzərdə tutulur.
Yenigun.Media xəbər verir ki, bu barədə “RIA Novosti” agentliyinə “SuperJob” şirkətinin hüquq şöbəsinin rəhbəri Aleksandr Yujalin məlumat verib.
Onun sözlərinə görə, yanvarda iş günlərinin az olması çoxsaylı bayram və qeyri-iş günləri ilə əlaqədardır.
Yujalin bildirib ki, 2027-ci ilin ilk ayında ruslar cəmi 15 gün işləyəcəklər.
Məlumata görə, Rusiyada Yeni il tətili 31 dekabr 2026-cı ildən 10 yanvar 2027-ci ilədək davam edəcək.

