Bakının Maştağa qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenigun.Media xəbər verir ki, hadisə oktyabrın 29-da saat 23:50 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.
1959-cu il təvəllüdlü sürücünün idarə etdiyi “VAZ-2109” markalı avtomobil 1993-cü il təvəllüdlü velosipedçi Ülfət Hüseynovu vurub. Velosipedçi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

