Gəncədə bədbəxt hadisə ölümlə nəticələnib.
Yenigun.Media xəbər verir ki, hadisə şəhərin Adil İsgəndərov küçəsində baş verib.
1958-ci il təvəllüdlü C.Əlizadə yaşadığı evin zirzəmisində işləyərkən onu elektrik cərəyanı vurub. 68 yaşlı kişi hadisə yerində həyatını itirib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

