Lənkəranda özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən şəxs polis tərəfindən saxlanılıb.
Yenigun.Media xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Dadaşzadə müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı onun üzərində gəzdirdiyi silaha bənzər əşyanın oyuncaq olduğu, özünün isə heç vaxt hüquq-mühafizə orqanlarında işləmədiyi müəyyən edilib.
Faktla bağlı müvafiq tədbirlər görülür.

