Daxili İşlər Nazirliyi itkin düşmüş şəxslərlə bağlı məlumat yayıb.
Yenigun.Media xəbər verir ki, oktyabrın 30-da polis əməkdaşları tərəfindən 10 nəfər tapılıb.
Bildirilib ki, həmin şəxslər ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin düşmüş kimi axtarılırmış.
Tapılan şəxslər aidiyyəti üzrə təhvil veriliblər.

