Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Sərhəddə PUA-lar zərərsizləşdirildi: 22,9 kiloqram narkotik ələ keçirildi

Azərbaycanın dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində əməliyyat keçirilib.

Yenigun.Media xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin xidməti ərazilərində həyata keçirilən tədbirlər nəticəsində İran İslam Respublikasından Azərbaycana 22 kiloqram 900 qram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bundan əlavə, keçirilən kompleks əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycanın hava məkanına qanunsuz daxil olan pilotsuz uçuş aparatları aşkarlanaraq zərərsizləşdirilib.

Hadisə yerlərinə baxış zamanı “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 15 kiloqram 400 qram, “Göytəpə” sərhəd dəstəsinin ərazisində isə 7 kiloqram 500 qram narkotik vasitə götürülüb.

Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məlumatı Dövlət Sərhəd Xidməti yayıb.