Cəbrayıl rayonunun Soltanlı kəndi ərazisində şirkət əməkdaşlarının müvəqqəti yaşayışı üçün nəzərdə tutulan tikilidə yanğın hadisəsi qeydə alınıb.
Yenigun.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.
Hadisə zamanı havanın küləkli olmasına baxmayaraq, yanğının genişlənməsinə imkan verilməyib.
FHN-in məlumatına əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.

