Əsas məzmuna keç
17 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Aİ Ukraynaya 1,71 milyard avro ayırdı – Vəsait hərbi ehtiyaclara yönəldiləcək

Avropa İttifaqı Ukraynanın hərbi ehtiyaclarının qarşılanması üçün əlavə 1,71 milyard avro maliyyə vəsaiti ayırıb.

Yenigun.Media xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Komissiyası vəsaitin Ukraynaya ayrılmış 90 milyard avroluq dəstək krediti çərçivəsində köçürüldüyünü açıqlayıb.

Maliyyə yardımı pilotsuz uçuş aparatlarının, döyüş sursatlarının və hava hücumundan müdafiə sistemlərinin alınmasına sərf ediləcək.

Vəsait çərçivəsində erkən xəbərdarlıq radarları və raket sistemlərinin təminatı da nəzərdə tutulur.

Avropa Komissiyasının məlumatına görə, 2026-cı ilin sonunadək Ukrayna üçün əlavə 23,6 milyard dollar maliyyə dəstəyi əlçatan olaraq qalır.

Qeyd edək ki, Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan bəri Kiyevə genişmiqyaslı maliyyə, hərbi və humanitar dəstək göstərir.