Əsas məzmuna keç
17 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

İordaniya və İraq Telegram-la bağlı qərar verdi – Təhlükəsizlik səbəbi göstərildi

İordaniya və İraq təhlükəsizlik narahatlıqlarını əsas gətirərək Telegram platformasına qarşı məhdudlaşdırıcı tədbirlər görməyi planlaşdırır.

Yenigun.Media Reuters agentliyinə istinadən xəbər verir ki, İordaniya hakimiyyəti platformanın bloklanacağını açıqlayıb.

İordaniyanın İctimai Təhlükəsizlik İdarəsi qərarın ekstremizm və radikallaşmanın qarşısının alınmasına xidmət etdiyini bildirib.

İraqda isə media və kommunikasiya qurumu Telegram-a qanunvericiliyə uyğun olmayan məzmunla bağlı tələbləri yerinə yetirmək üçün 30 gün vaxt verib.

Qeyd edək ki, İraq 2023-cü ildə də təhlükəsizlik və şəxsi məlumatların qorunması ilə bağlı narahatlıqlara görə Telegram-ı müvəqqəti bloklamışdı. Platforma daha sonra hakimiyyətin tələblərinin yerinə yetirildiyini bildirməsindən sonra yenidən istifadəyə açılmışdı.

Telegram rəhbərliyi məsələ ilə bağlı dərhal açıqlama verməyib.

Bu qərarlar regionda rəqəmsal platformaların fəaliyyəti, informasiya təhlükəsizliyi və dövlət nəzarəti məsələlərini yenidən gündəmə gətirib.