Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Gürcü partiya sədrindən Azərbaycana böhtan: “Bakı bizə təzyiq edir”

 “Rusiya Ermənistan və Gürcüstanın təhlükəsizliyinin qarantıdır”.

Yenigun.Media xəbər verir ki, bunu Gürcüstan Sülh Naminə Həmrəylik Partiyasının lideri Mamuka Pipia deyib.

Onun iddiasına görə, guya, Azərbaycan həm Gürcüstana, həm də Ermənistana qarşı təzyiqlər edir. Ardından isə İrəvanla Tiflisin Bakıya qarşı birləşməyə çağırıb. “Hər kəs başa düşür ki, daha güclü qonşularımıza qarşı tək qalsaq, yaşaya bilməyəcəyik. Biz bir olmalı, mədəniyyəti, tarixi və kilsəni qorumalıyıq”.

Papia sonda deyib ki “Rusiyaya nə qədər yaxın olsaq, Azərbaycanın təsiri bir o qədər azalacaq”.