ABŞ və Çin arasında strateji rəqabətin yeni mərhələyə keçdiyini deyən Milli Məclisin deputatı Vüqar İskəndərov hesab edir ki, hazırda əsas məsələ tərəflərdən hansının geri çəkiləcəyi deyil, rəqabətin hansı sərhədlər çərçivəsində aparılacağıdır.
Yenigun.Media xəbər verir ki, deputatın sözlərinə görə, ticarət, süni intellekt və kritik minerallar sahəsində proseslər Vaşinqton və Pekinin strateji rəqib olaraq qalmasına baxmayaraq, iqtisadi ayrılmanın hər iki tərəf üçün yüksək maliyyət daşıdığını göstərir.
Vüqar İskəndərov qeyd edib ki, qlobal güclər arasında rəqabətin dərinləşdiyi bir şəraitdə Azərbaycan üçün balanslı və çoxvektorlu xarici siyasətin əhəmiyyəti artır.
“Böyük güclər arasında seçim təzyiqinin artdığı dövrdə balanslı və çoxvektorlu xarici siyasətin manevr imkanları daha qiymətli olur”, – deyə deputat bildirib.
Yenigun.Media

