Ağdamda “SNT İnşaat” tərəfindən aparılan tikinti sahəsində bədbəxt hadisə baş verib.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, qəlbçi işləyən Mehdiyev Adıgözəl xəsarət alıb.
Buna şirkət tərəfindən təhlükəsizlik qaydalarına əməl olunaması səbəb olub. Belə ki, “SNT İnşaat” aparılan tikinti işləri sahəsində iş yerlərinin təşkili zamanı insanlar üçün daimi və potensial təhlükəli zonalar müəyyənləşdirilməyib, təhlükəli zonalar müvafiq təhlükəsizlik işarələri və yazıları ilə işarələnməyib.
Ağdam rayon prokurorluğu tərəfindən vəzifəli şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 198.1-ci maddəsi ilə protokol tərtib edilib. Şirkət məhkəmə tərəfindən inzaibati qaydada cərimə olunub.
Qeyd edək ki, “SNT İnşaat” şirkətinin rəhbəri Əməkdar mühənddis Şəmsəddin Aslanovdur. Sözügedən şirkət bir sıra dövlət qurumlarının sifarişi əsasında milyonluq layihələri icra edib.

