Əsas məzmuna keç
17 Oktyabr 2026, Şənbə ● Bakı +26° USD 1.70 EUR 1.96

“Anam kimi mən də 40 yaşında ana oldum” – VİDEO

Bu gün Xalq artisti Zülfiyyə Xanbabayeva 59 yaşını qeyd edir.

Yenigun.Media xəbər verir ki, müğənni özəl günündə ARAZ FM-də “Kəşfet“ verilişinə müsahibə verərək təəssüratlarını bölüşüb. Sənətçi ad günü ilə bağlı ilk təbriki qızından aldığını deyib. O, ailəsi ilə birlikdə vaxt keçirəcəyini bildirib:

“Məni sevənlər, həmkarlarım təbrik edir. Ad günümü ailəmlə keçirəcəyəm. İnsanın özünə aid olan gündür. Pafosdan uzaq olub, özümə həsr etmək istəyirəm. Yubileyimi böyük keçirəcəyəm”.

Z.Xanbabayeva arzularından da danışıb:

“Arzular tükənsə, biz tükənərik. Dünyaya gec gəlmişəm. Anamın 40 yaşında dünyaya gəlmişəm. Qızım Dənizi də mən 40 yaşımda dünyaya gətirdim. İndi arzularım qızımla bağlıdır. Evimdə 19 yaşında qızım var. Özümə qarşı da arzularım var. Nə qədər sənətdəyəm dinləyicilərimə qulluq etməliyəm”.