Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Azərbaycanın süverenliyinin bərpası milli, regional və qlobal kontekstdə…

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsindəki möhtəşəm zəfərimizin məntiqi davamı və xalqımıza böyük qürur gətirən şanlı səhifə kimi tariximizə əbədi yazılan 2023-cü ilin 19-20 sentyabrda keçirilmiş antiterror əməliyyatından üç il keçir.20 sentyabr 2023-cü il tarixində cəmi 23 saat 43 dəqiqə davam edən lokal antiterror tədbirləri nəticəsində ərazimzdə otuz ildən artıq davam edən separatizm yuvası darmadağın edildi.Qanunsuz hərbi birləşmələr tərk-silah edilərək ərazilərimizdən çıxarıldı.Ökəmizin hər bir guşəsində Konstitusiya quruluşumuz təmin olundu.Azərbaycan Respublikası öz ərazisində separatizmə son qoyaraq dövlət suverenliyini tam təmin etdi.
Bu şanlı qələbə münasibətilə Azərbaycan Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Bu böyük tarixi hadisə ölkənin müasir dövlətçilik salnaməsində yeni bir mərhələnin əsasını qoydu.Azərbaycan BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalan qətnamələrini öz gücü ilə icra edərək,beynəlxalq hüququn və sərhədlərin toxunulmazlığı prinsipinin prioritetliyini bütün dünyaya nümayiş etdirdi.
Azərbaycanın süverenliyinin bərpası milli, regional və qlobal kontekstdə çox mühüm əhəmiyyət kəsb edir.Vətən müharibəsində və antiterror əməliyyatı zamanı qazanılan şanlı Zəfər xalqımıza çoxəsrlik yaddaşını, kimliyini xatırlatdı, genlərində var olan cəsarətini ayağa qaldırdı, xalqın milli mənliyini bərpa etdi.Çox böyük tarixi əhəmiyyət kəsb edən bu Zəfər dünya azərbaycanlılarının qürur mənbəyidir.
Azərbaycanın süverenliyini bərpa etməsi təkcə özü üçün deyil, bölgəmizdə yaşayan bütün xalqların və dövlətlərin də xeyrinədir. Azərbaycanın öz ərazisində separatizmə son qoyaraq dövlət suverenliyini tam təmin etməsi ölkəmiz üçün böyük tarixi əhəmiyyət kəsb etməklə yanaşı, Ermənistanın özü, eləcə də region və dünya üçün çox mühüm və qlobal əhəmiyyət daşıyır. Bu Zəfərimiz təkcə 30 il işğal altında olan torpaqlarımızın azad edilməsi və dirçəlişini deyil,həm də bu Zəfər sayəsində Azərbaycanın regionda yaratdığı yeni situasiya Cənubi Qafqazin sülh və sabitlik mərhələsinə keçmək, regionumuz üçün öz potensialına layiq səviyyədə sosial-iqtisadi tərəqqiyə nail olmaq ümidini artıran etibarlı və perspektivli bir amildir.
Azərbaycanın 44 günlük Vətən müharibəsində və bir günlük antiterror əməliyyatı zamanı mümkünsüz görünən nəticələr əldə etdidiyi kimi, postmüharibə dövründəki səyləri nəticəsində də bir zamanlar mümkünsüz görünən nəticələr seriyasını davam etdirir və beynəlxalq hüquqa və ədalətə əsaslanaraq yaratdığı yeni reallıqlar sayəsində bölgədəki rus hərbi kontingenti Azərbaycan ərazisini nəzərdə tutulan müddətdən xeyli tez tərk etməli oldu.Azərbaycanın ərazi bütövlüyünün bərpası və süverenliyin təmin olunması uğriunda mübarizədəki möhtəşəm qələbəsi sayəsində yaratdığı yeni situasiyada Cənubi Qafqazda uzun illər tətbiq edilən təsir rıçaqları artıq öz təsir gücünü itirib, uzun illər diqtə olunan köhnə qaydalar da artıq işləmir. Azərbaycanın ərazi bütövlüyünün bərpası və süverenliyin təmin olunması Cənubi Qafqazda hərbi əməliyyatlar mərhələsindən sülhün beynəlxalq hüquqi müstəvisində möhkəmləndirilməsi mərhələsinə keçidin əyani göstəricisidir.Qarabağda belə qısa müddətdə əldə edilən mühüm irəliləyişlər bölgənin transformasiyası,inkişaf və investisiyalar, sülh və rifah üçün yeni imkanlar açır.Bu kontekstdə Azərbaycan beynəlxalq münasibətlər sistemində yeni orbitə çıxır.
Azərbaycan bu savaşda təkcə Ermənistan üzərində deyil, həm də dünya erməniliyi və onun havadarları üzərində də qələbə çaldı. Azərbaycanın bütün əraziləri üzərində dalğalanan üçrəngli bayrağımız süverenliyin bərpa edilməsi ilə yanaşı, həm də zaman-zaman bizi böyük insan və torpaq itkilərinə,dağıntılara və humanitar fəlakətə məruz qoyan qüvvələrin acınacaqlı sonluğunu,Azərbaycan ərazilərinin işğalına,xalqımzın iztirablarına göz yuman 30 illik beynəlxalq riyakarlığın, ikili standartların aqibətini ifadə edir.Vətən müharibəsi fikirdə,sözdə və əməldə əsl dostlarımızın və bədnam düşmənlərimizin kimliyini əyani şəkildə ortaya qoydu. Azərbaycan–Türkiyə dostluğu, qardaşlığı,işbirliyi növbəti dəfə də sınaqdan çox uğurla çıxdı. Bu birlik daha da möhkəmlənib, daha geniş planda yeni reallıqlar. yaratmağa başlayıb,regionumuzda dayanıqlı sülh, əminamanlıq və təhlükəsizliyi təmin edən güclü amilə, düşmənlərimizə münasibətdə çəkindirici gücə çevrilib. Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və suverenliyinin təmin olunması, Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətinə və Türk dünyasının inteqrasiya proseslərinə çoxşaxəli, strateji, transformativ və sair cəhətlərdən müsbət təsir göstərib,təşkilat daxilindəki mənəvi birliyi geosiyasi və geoiqtisadi reallığa çevirməsinə güclü təkan verib. Azərbaycanın ərazi bütövlüyü və süverenliyinin təmin edilməsi regional kommunikasiyaların açılması üçün əlverişli şərait yaradıb.Bu, Çindən Avropaya qədər uzanan və Türk dövlətlərini birləşdirən “Orta Dəhliz”in strateji əhəmiyyətini maksimuma çatdırıb.
Azərbaycanın regionumuzda ümumi sabitlik, təhlükəsizlik və rifaha hesablanmış səylərinin gerçəkləşdirilməsi qlobal sülh,sabitlik və əmin-amanlığa da öz töhfəsini vermiş olar və dünyanın qaynar nöqntələri kimi tanınan digər regionlar üçün də örnək ola bilər. Bu baxımdan ötən ilin avqustunda Vaşinqtonda imzalanan Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişlə, altı il bundan əvvəl hərb meydanında və üç il bundan əvvəl antiterror əməliyyatın zamanı tarixi qələbə qazanan Azərbaycan, diplomatiya müstəvisində də çox mühüm bir qələbəyə imza atdı.Sülh müqaviləsi adlandırılan Vaşiqton razılaşmasında nəzərdə tutulanların sistemli şəkildə həyta keçirlməsi Cənubi Qafqaza münasibətdə məkrli ssenarilərə əsaslanan siyasətin kitabını bağlayır və regionumuz üçün dayanıqlı sülh və sabitliyə dair yeni kitabda yeni səhifələr açır.Vaşiqton sazişinin reallaşdırılması həm region dövlətləri,həm də beynəlxalq güc mərkəzləri üçün yeni siyasi və iqtisadi balans yaranacaq.Belə şəraitdə Cənubi Qafqazda dayanıqlı sülh daha tez bərqərar olmuş olar.
Süverenlik sadəcə qazanılmış bir status deyil,həm də hər bir dövlətin müstəqil mövcudluğunun fundamental əsaslarından biri kimi daim qorunmalı və möhkəmləndirilməli olan çox böyük bir dəyərdir.Bu kontekstdə Azərbaycanın müstəqillik tarixinin və gələcək sosial-iqtisadi inkişaf fəlsəfəsinin fundamental məqamları sistemində çox mühüm dəyər və böyük sərvətimiz olan suverenliyin daha böyük hədəflərə nail olmaq imkanı kimi daim qorunmalı və möhkəmləndirilməsi zəruri olan dinamik bir proesesdir. Torpaqlarımızın işğaldan azad edilməsi və süverenliyimizin bərpası gücümüzə güc qatıb.Bu kontekstdə Azərbaycan qarşısına daha böyük məqsədlər qoyur. Eyni zamnada dünyada çox sürətli və çoxşaxəli köklü dəyişikliklər gedir.Belə bir köklü dəyişiklik şəraitində modern və qüdrətli ordu,güclü təhlükəsizlik sistemi,güclü və innovativ iqtisadiyyat,dayanıqlı dövlət institutları,yüksək texnologiyalar,rəqabət qabiliyyətli insan kapitalı və müasir innovasiyalar,sosial rifah və beynəlxalq müstəvidə artan nüfuz və s.suverenliyimizi möhkəmləndirən əsas amillərdir.
Azərbaycanımızın Qarabağda yüksələn üçrəngli bayrağı həmişə uca, Vətən yolunda,ərazi bütövlüyümüzün bərpası və süverenliyimizn təmin olunması uğrunda mübarizədə canını fəda edən şəhidlərimizin ruhu şad, qazilərilərimizin canı sağ olsun!

Əli Məsimli
Milli Məclisin deputatı