Əsas məzmuna keç
03 Oktyabr 2026, Şənbə ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

Bu şəxslərə ali xüsusi və ali hərbi rütbələr verildi – Adlar

YENİGÜN.MEDİAREKLAM728 × 90

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib.

Yenigun.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib:

II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi

Sənan İsa oğlu Paşayevə – Naxçıvan Muxtar Respublikasının prokuroru

III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi

Emin Ramiz oğlu Mürsəliyevə – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini;

Asəf Vaqif oğlu Sarıkişiyevə – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini;

“ədliyyə general-mayoru” ali hərbi rütbəsi

Nihad Ənvər oğlu Şıxəliyevə – Azərbaycan Respublikası Hərbi prokurorunun müavini.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600