Əməkdar artist Çingiz Əhmədov xeyli çəki alıb. Aktyorun kökəlməsinə isə maraqlı bir səbəb olub.
Yenigun.Media xəbər verir ki, Çingiz Əhmədov vaxtilə aparıcılıq etdiyi mətbəx verilişində “Coca-Cola”nın reklamını edib. Məhz həmin dövrdə aktyorun çəkisi 8-10 kiloqram artıb.
Qaynarinfo-ya açıqlamasında aktyor artıq çəkidən qurtulmağın onun üçün heç də asan olmadığını bildirib. O, əvvəlki çəkisinə qayıtmaq üçün bir il əziyyət çəkdiyini deyib:
“Arıqlamaq mənə ağır başa gəldi. Bir ilə güclə arıqladım. İndi özümü rahat hiss edirəm”.
Çingiz Əhmədov noyabr ayında yeni televiziya layihəsi ilə tamaşaçıların qarşısına çıxacağını da xatırladıb.

