Əsas məzmuna keç
25 Oktyabr 2026, Bazar ● Bakı +26° USD 1.70 EUR 1.96

Davada ölən Ceyhunun qızına bu gün elçi gələcəkmiş

Bakıda deputat Arzuxan Əlizadənin oğlunun törətdiyi deyilən qətl hadisəsi ilə bağlı yeni təfərrüat məlum olub.

Yenigun.Media xəbər verir ki, bu barədə Oxu.az-a qətlə yetirilən Ceyhun Mirağayevin yaxın qohumu məlumat verib.

O qeyd edib ki, C.Mirağayevin kriminal aləmin üzvü olması ilə bağlı məlumatı yoxdur:

“Kriminal şəxsin ailəsi olmur. Onun iki övladı var. 19 yaşlı övladını dünən aparmışdılar, heç atasının dəfninə buraxmadılar. Qızına bu gün elçi gələcəkdi, xeyir iş olacaqdı”.