Düz bir il əvvəl onun Rumıniyada erotik görüntüləri yayıldı və nədənsə onunla bağlı hər hansı tədbir görülmədi. ” “DİA-AZ” bildirir ki, burada söhbət Rumıniya bazarının əsas enerji şirkətlərindən biri olan “SOCAR România”nın baş direktoru Ramil Əsədulzadədən gedir.
Xatırladaq ki, bir il əvvəl Ramil Əsədulzadə gurultulu qalmaqalın mərkəzinə çevrildi. Həmin zaman nüfuzlu rumın nəşri Cancan yazırdı ki, o, eyni şirkətin insan resursları direktoru Bibiana Konstantin ilə gizli münasibətdədir.
Rumın jurnalistləri 37 yaşlı Əsədullazadənin Buxarestdəki “SOCAR PETROLEUM SA” ofisini tərk etdiyini qeydə alıblar. O, xidməti Audi Q7 ilə yola düşüb və Băneasa rayonundakı IKEA ticarət mərkəzinin dayanacağına gəlib. Orada onu xidməti Škoda Kodiaq ilə gələn Bibiana Konstantin gözləyirmiş.
Qısa dayanacaqdan sonra Bibiana Konstantin Əsədulzadənin avtomobilinin arxa oturacağına əyləşib. Tələsdiyindən öz maşınında içərisində şərab şüşəsi olan paketi unudub və bir neçə dəqiqədən sonra geri qayıdıb. Daha sonra cütlük Club Snagov-a yollanıb və terrasdakı masada üç saat yarımdan çox vaxt keçiriblər. Nahar şərabla, canlı söhbətlərlə və jurnalistlərin “açıq-aşkar şəxsi” kimi xarakterizə etdiyi jestlərlə müşayiət olunub. Ardınca Əsədulzadə və Konstantin klubun mehmanxana otağına qalxıblar və şahidlərin sözlərinə görə, orada təxminən beş saat qalıblar.
Klubu tərk edərkən Əsədulzadə resepsiyona açarı qaytarıb, onun müşayiətçisi isə hoteli nəzərə çarpmadan tərk etməyə çalışıb. Lakin avtomobilə gedərkən artıq münasibətlərini gizlətməyiblər, əl-ələ tutub öpüşüblər. Buxarestə qayıdarkən Konstantin arxa oturacaqda gizlənməyib, ön oturacaqda, Əsədulzadənin yanında əyləşib.
Nəşr qeyd edir ki, SOCAR România-nın baş direktoru evlidir və Buxarestdə həyat yoldaşı ilə Amerika məktəbinin yaxınlığında yaşayır.
Xatırladaq ki, Əsədulzadə 2023-cü ildə SOCAR PETROLEUM SA-nın baş direktoru təyin olunub. Bundan əvvəl şirkətin Rumıniyadakı maliyyə direktoru olub. Onun müqaviləsi 2027-ci ilin yanvarınadək nəzərdə tutulub, lakin həmin dönəmdə onunla bağlı SOCAR rəhbərliyi tərəfindən hansısa tədbir xarakterli addım atılmadı.
“DİA-AZ”ın əldə etdiyi məlumata görə, artıq Rövşən Nəcəf Rumıniya təmsilçisi Ramil Əsədulzadəni tutduğu vəzifədən azad edib.
Qeyd edək ki, onun müqaviləsi hələ gələn il bitəcəkdi. Amma nədənsə bir il əvvəlki biabırçı olaylarla bağlı vəzifəsini itirməyən Ramil Əsədulzadəyə daha bir il, yəni müqaviləsi bitənə qədər səbr etmədilər.
Məsələ diqqətimizdədir….Dia.az


