Ermənistan ordusunda hərbi salamlaşma qaydasının dəyişdirildiyi iddia olunur.
Yenigun.Media xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Nəşrin məlumatına görə, hərbi qulluqçular bundan sonra papaqlarını çıxardıqdan sonra, NATO ölkələrinin ordularında olduğu kimi, papaqsız şəkildə salam verməlidirlər.
Bildirilir ki, əvvəllər erməni hərbçilər əllərini papaqlarına qaldıraraq salam verirdilər.
“Hraparak”ın media mənbələrindən biri hərbçilərin bu dəyişiklikdən narazı olduğunu bildirib.
Lakin Ermənistan Silahlı Qüvvələrindəki mənbə TASS-a açıqlamasında məlumatı təkzib edib və “belə bir şey yoxdur” deyib.
Beləliklə, Ermənistan ordusunda hərbi salamlaşma qaydasının dəyişdirilməsi ilə bağlı ziddiyyətli məlumatlar yayılıb.
YENİGÜN.MEDİA

