Əsas məzmuna keç
13 Oktyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

Fələstindəki vəziyyət dövrümüzün ən böyük faciəsidir

YENİGÜN.MEDİAREKLAM728 × 90

Fələstində yaşanan vəziyyət dövrümüzün ən böyük faciələrindən biridir.

Yenigun.Media xəbər verir ki, bunu Braziliya Prezidentinin baş müşaviri Selso Amorim Rafael Korreanın “Korrea ilə söhbət” verilişinin yeni bölümündə deyib.

Amorim Xarici İşlər Nazirliyində çalışdığı dövrdə dəfələrlə Qərb Şəriyəsinə və İsrailə səfər etdiyini bildirib. Onun sözlərinə görə, həmin vaxt münaqişə tərəfləri arasında dialoq mövcud olub.

Siyasətçi İsrailin sabiq Baş naziri Ehud Olmertin qatı mühafizəkar olmasına baxmayaraq, onunla danışmağın mümkün olduğunu qeyd edib.

Amorim Qəzzada baş verənləri “dəhşətli” adlandırıb və fələstinlilərə qarşı istifadə olunan ifadələri kəskin tənqid edib.

“Beynəlxalq Ədalət Məhkəməsinin materiallarını oxusanız, fələstinlilərin açıq şəkildə ‘heyvan’ adlandırılması vəhşilikdir. Həyatımda belə bir şey görməmişəm”, – deyə o vurğulayıb.

O əlavə edib ki, belə bir dünyada yaşamaq və daha yaxşı gələcəyə inamı qorumaq olduqca çətindir.

Qeyd edək ki, sentyabrın 1-də İsrailin Qəzza şəhərinə endirdiyi zərbələr nəticəsində 3 fələstinli ölüb, 8 nəfər yaralanıb.

YENİGÜN.MEDİA

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600