Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Gürcüstan müdafiə naziri Azərbaycana səfər edib

Gürcüstan Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani Azərbaycana səfər edib.

Yenigun.Media xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, o, Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.

İrakli Çikovani səfər çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX 2026) ziyarət edib.

Nazirin başçılıq etdiyi nümayəndə heyətinə müavini Davit Kupatadze və Müdafiə Qüvvələri komandanının müavini, general-mayor Zaza Çxaidze daxildir.