Bu gün Bakının mərkəzində QHT-lərin təşkilatçılığı ilə bir qrup azərbaycanlı xanımın milli baş örtüyü – kəlağayı ilə gəzinti-yürüşü keçirilib.

Yenigun.Media xəbər verir ki, yürüş Qız Qalasının qarşısından başlayıb.

İştirakçılar milli geyimlərə, xüsusilə kəlağayıya marağın artırılmasına çalışdıqlarını bildiriblər.

Qeyd edilib ki, kəlağayı Azərbaycan xalqının çoxəsrlik tarixini, milli kimliyini, adət-ənənələrini və estetik dünyagörüşünü özündə yaşadan mühüm mədəni irs nümunəsidir. Təbii ipəkdən hazırlanan bu zərif baş örtüyü əsrlər boyu Azərbaycan qadınlarının geyim mədəniyyətinin ayrılmaz hissəsi olub. Kəlağayı yalnız milli geyim elementi deyil, həm də xalqımızın mənəvi dəyərlərinin, zəriflik, gözəllik və xanımlıq rəmzlərinin ifadəsidir.

5368804782266589312Bakıda “Kəlağayı” yürüşü – Fotolar53688047822665893185368804782266589316

1791973127 whatsapp image 2026 10 14 at 14.15.18
1791972905 whatsapp image 2026 10 14 at 14.08.031791973798 whatsapp image 2026 10 14 at 14.23.31 2
1791973750 whatsapp image 2026 10 14 at 14.23.31 1

 1791973756 whatsapp image 2026 10 14 at 14.23.31