Əsas məzmuna keç
17 Oktyabr 2026, Şənbə ● Bakı +26° USD 1.70 EUR 1.96

YAP Mingəçevirdə VIII Qurultaydan irəli gələn vəzifələri müzakirə edib – FOTO

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı Mingəçevirdə silsilə görüşlər davam etdirilir.

Yenigun.Media xəbər verir ki, YAP Mingəçevir şəhər təşkilatının ərazi partiya təşkilatlarında keçirilən görüşlərin növbətisi 35 saylı ərazi partiya təşkilatında (Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi) baş tutub.

Görüşdə VIII Qurultayda müəyyənləşdirilmiş vəzifələr, qarşıda duran hədəflər və partiyanın gələcək fəaliyyət istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Çıxışlarda Prezident İlham Əliyevin qurultaydakı nitqində əksini tapan mühüm məqamların əhəmiyyəti diqqətə çatdırılıb. Partiya üzvlərinin qarşısında duran vəzifələr, təşkilati fəaliyyətin təkmilləşdirilməsi və qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Görüş iştirakçıları qurultaydan irəli gələn tapşırıq və tövsiyələrin gündəlik fəaliyyətlərində əsas istiqamət kimi rəhbər tutulmasının vacibliyini vurğulayıblar.

YAP Mingəçevir şəhər təşkilatında bu istiqamətdə görüşlərin davam etdirilməsi partiyanın fəaliyyətinin daha da gücləndirilməsi və qurultay qərarlarının yerlərdə həyata keçirilməsi baxımından əhəmiyyət daşıyır.